Təmizlik - Sağlamlıqdır!

Haqqımızda

“ Verşa ” Məhdud Məsuliyyətli Cəmiyyəti özəl tibb müəssisəsi olaraq 12.02.2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi olaraq qeydiyyata alınmışdır. ( VÖEN: 1100474051 ) Müəssisəmiz xüsusi fəaliyyət növü hesab edilən Epidemologiya sahəsi ilə ( Dezinseksiya, Dezinfeksiya, Deratizasiya ) məşğul olduğu üçün Azərbaycan Respublikası İqtisadiyyat Naziriliyinə və eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Naziriliyi yanında Analtik Ekspertiza Mərkəzi, A.R. Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinə lisenziya əldə etmək üçün müraciət etmişdir. Fəaliyyətə başladığımız zaman qeyd olunan orqanlar tərəfindən “ Verşa ” MMC-nin inzibati binasında müəssisəmizin lisenziyalaşması ilə bağlı ətraflı baxış keçirilmişdir. Mövcud şəraitlə bağlı əsaslı yoxlama və təftiş tədbirləri aparılmışdır.İnzibati binanın Epidemoloji fəaliyyətlə bağlı tam milli və beynəlxalq standartlara uyğunluğuna müsbət rəy verilmişdir.
Slide

Dezinfeksiya işləri həkim nəzarəti altında, eyni zamanda Səhiyyə Nazirliyinin təşkil etdiyi təhsilartırma kurslarını müvəffəqiyyətlə bitirmiş deztəlimatçı və dezinfektorlar tərəfindən həyata keçirilir. Həkim-dezinfektorlar mütəmadi olaraq seminarlarda iştirak edir və mühazirələr dinləyərək geniş nəzəri və praktiki təcrübəyə malik olurlar.

Slide

Bildiyiniz kimi 30.01.2020-ci il tarixdən etibarən Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) – Fövqəladə Komitəsinin iclasında yeni koronavirusun yayılması beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Ümumdünya Səhiyyə Təşkilatı cari ilin 11 fevralında infeksiyanın adını COVİD-19 qoyub, cari ilin mart ayının 11-də isə koronavirus pandemiya elan edilib.

Slide

Təbii ki, bütün dünya ölkələrinə koronavirus insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla səthlərə təmasdan sonra əllərlə ağız boşluğuna,gözlərə, buruna toxunmaqla yayılmışdır. Ölkəmizdəndə bu bəşəri pandemiya yan keçməmişdir. “Verşa” MMC olaraq ilk zamanlardan etibarən beynəlxalq metodiki göstərişlər əsasında əhalinin sağlamlığının qorunması məqsədi ilə koronavirus ( COVİD-19 ) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq, Respublikamızın şəhər və rayonlarında fəaliyyət görsədən təsərrüfat subyektlərində müntəzəm olaraq profilaktik dezinfeksiya tədbirləri aparılmışdır. Koronavirus infeksiyasına qarşı Almaniya və Çin Xalq Respublikasının tibb müəssisələrində istehsal olunmuş dərman peraparatları vasitəsi ilə dezinfeksiya işləri görülmüşdür.

Versha Family

Biz Verşa Ailəsiyik

“Verşa” MMC – Respublikamızın bütün şəhər və rayonlarında eyni zamanda ölkə hüdudlarından kənarda fəaliyyət görsədən müəssisələrdə,təhsil ocaqlarında, hotel və restoranlarında, iş mərkəzlərində, zavod və fabriklərdə, dəniz sektorunda fəaliyyət görsədən xarici şirkətlərin yerli nümayəndəliklərində epidemologiya sahələri üzrə xidmətləri olmuşdur və bu gündə xidmət görsətməkdə davam edir.
Müəssisəmiz Beynəlxalq standartlara uyğun, sertifkartlaşdırılmış, anatasiyada göstərilmiş qaydalara uyğun, iyisi, ləkəsiz dərman pereparatları ilə xidmət görsədir.
Həmçinin göstərilən xidmətlər xaricdə istehsal edilmiş, müasir tələblərə uyğun püskürücü və çiləyici aparatlarnan həyata keçirilir.