Dezinfeksiya

Nə üçün vacibdir?

Dezinfeksiya xəstəlik törədən virus və bakteriyaların məhv edilməsi və ya zərərsizləşdirilməsidir. Evinizdə, işlədiyiniz müəssə də və digər yerlərdə mütəmadi olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsi sağlamlığınız üçün çox vacibdir.

Dezinfeksiyası vacib olan məkanlar:

Səhiyyə (tibb müəssisələri, xəstəxana, klinika və s.) Təhsil müəssisələri (məktəb, bağça, universitet, təhsil kursları və s.) Qida sənayesi (qida saxlanma anbarları,qida istehsalat obyektləri və s.) Kənd təsərrüfatı (heyvandarlıq, əkinçilik) İctimai iaşə obyektləri (restoran, kafe, yeməkxana və s.) Su təchizatı (su stansiyaları, su hövzələri, hovuz, akvarium, hamam və s.)

Bütün dünyada olduğu kimi ölkəmizdə də insanların qarşılaşdığı ən böyük ətraf-mühit problemi tullantılardır. Düzgün şəkildə toplanmayan məişət tullantıları həşaratların və mikroorqanizmlərin çoxalmasına, ətrafa pis qoxunun yayılmasına və müxtəlif heyvanlar vasitəsilə mikrobların yayılmasına səbəb olur. Bu səbəbdən tullantı konteynerlərinin və maşınlarının dezinfeksiyası xalqın sağlamlığı üçün vacibdir.

Həmçinin hovuzları bakteriya, virus və yosunlardan təmizləmək məqsədilə dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması vacibdir.

Bazar yerlərində pis qoxunun aradan qaldırılması və mikrobları yox etmək üçün də dezinfeksiya işləri aparılır.

Dezinfeksiya edilməli olan vacib sahələr:

  • Qida sənayesində dezinfeksiya:
  • Qida depoları
  • Su depo tankları
  • Zəmin və divarlar
  • Doğrama taxtaları
  • Daşıma və doldurma boruları
  • Kiçik materiallar, şüşələr, digər qablar və s.

Kənd təsərrüfatında dezinfeksiya Kənd təsərrüfatı istehsalatında və sonrakı depolamada bitki xəstəlikləri önəmli miqdarda məhsul itkisinə səbəb olur. Bunun üçün istehsalatda və məhsuldarlığın artırılmasında xəstəliklərlə mübarizədə dezinfeksiyanın rolu böyükdür.