Nə üçün vacibdir?
Deratizasiya yoluxucu xəstəliklərin törədiciləri və daşıyıcıları olan zərərli gəmiricilərin məhv edilməsi tədbirləridir. Epidemioloji cəhətdən ən qorxulu gəmiricilər ev və çöl siçanları, boz və qara siçovullar, sünbülqıranlar, su siçanı və s.-dir.
Deratizasiya zamanı həm profilaktika işləri aparılır, həm də gəmiricilər tələf edilirlər. Profilaktika məqsədilə ərzaq məhsullarını gigiyenik cəhətdən elə yerləşdirmək lazımdır ki, həmin gəmiricilər ora daxil ola bilməsinlər.
Deratizasiya bioloji, kimyəvi və mexaniki yolla aparılır.
Bioloji metod – pişiklərdən, itlərdən və s. istifadə edilir.
Mexaniki metspan – tələlərdən istifadə edilir.
Kimyəvi metod – müxtəlif zəhərlərdən, kükürd anhidridindən və s. istifadə edilir.
Bundan başqa, aldadıcı yemlərdən (müxtəlif dərmanlar qatılmaqla) istifadə edilir. Bunları hazırlayarkən çörək, sıyıq, xəmir, tərəvəz, taxıl və s. əlavə olunur. Gəmiriciləri cəlb etmək üçün ona günəbaxan yağı və ət qiyməsi də qatılır.